» » Müxalifət referendumu niyə istəmir? –

Müxalifət referendumu niyə istəmir? – YAP-dan açıqlama

Bölmə: Siyasət, BLOK XƏBƏR
Müxalifət referendumu niyə istəmir? – Müxalifət təmsilçilərinin “tənqidləri” cəmiyyət tərəfindən, yumşaq şəkildə desək, soyuq qarşılanır.

Xalqının.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Azərbaycan qəzetinə müsahibəsində deyib. Ə.Əhmədovun sözlərinə görə, bəzi müxalifət təmsilçiləri Konstitusiyaya təklif edilən dəyişikliklərlə əlaqədar fərqli fikirlər səsləndirir, neqativ münasibət sərgiləyirlər:

“Açığını deyim, əgər müxalifət başqa cür davransaydı, bu məni təəccübləndirərdi. Təcrübədən məlumdur ki, Azərbaycan müxalifətinin bir çox təmsilçisi müxalifətçiliyi iqtidarın istənilən təşəbbüsünə qarşı çıxmaq kimi başa düşür. İqtidarın dilindən çıxan ən adi həqiqətin onlar tərəfindən yalanlanması cəhdlərinə cəmiyyətimiz adət edib. Ona görə də belə davranış norması seçmiş müxalifət təmsilçilərinin “tənqidləri” cəmiyyət tərəfindən, yumşaq şəkildə desək, soyuq qarşılanır.

Konstitusiyaya dəyişikliklər təklif etmək, referendum təyin etmək Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə verilmiş səlahiyyətdir. Dünyanın hər bir yerində olduğu kimi, Prezident yetişmiş ehtiyaclara uyğun olaraq zəruri dəyişikliklər paketini cəmiyyətə təqdim edir. Təbii ki, bu zaman o, cəmiyyətin çoxluğunun və özünün düzgün saydığı dəyişikliklər konsepsiyasını hazırlayır. Hər kəs etiraf etmək zorundadır ki, bu onun müstəsna səlahiyyətidir. Hakim rolunda isə xalq çıxış edir. Prezidentin təklifləri xalq tərəfindən səs çoxluğu qazandıqdan sonra konstitusion normaya çevrilir. Bu mənada, ayrı-ayrı müxalifətçinin təklif olunan dəyişikliklərə rəng verməyə çalışması, ən azından, başadüşülən deyil.

Bir sıra müxalifət nümayəndələrindən fərqli olaraq, cəmiyyətin böyük kəsimi, müşahidələrimə əsasən deyə bilərəm, bu dəyişiklikləri anlaşma ilə qarşılayır. Prezident İlham Əliyevə cəmiyyətimizdə böyük inamın olduğu sirr deyil. Bu inam onun irəli sürdüyü konstitusiya dəyişiklikləri təklifinə insanlarımızın düzgün yanaşmasının əsasında dayanır. Əminəm ki, nəzərdə tutulan referendum növbəti dəfə İlham Əliyevə ümumxalq inamının nümayişinə çevriləcək”.


Xalqının.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler