» » Müxalifət birləşəcək

Müxalifət birləşəcək

Bölmə: BLOK XƏBƏR
  Müxalifət  birləşəcək
Türkiyədə müxalifət partiyalarının prezident seçkisində hakimiyyətə qarşı vahid namizədə dəstək verəcəyi iddia olunur. ANS PRESS-in xəbərinə görə, bu çərçivədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilk namizədini təklif edib. Məlumata görə, təklif olunan naziəd daha əvvəl müxtəlif siyasi partiyalarda millət vəkili və nazir olmuş Murad Başesgioğludur.

Qeyd edək ki, Başesgioğlu ANAP (Ana Vətən Partiyası) və AKP hökumətlərində daxili işlər, gənclik və idman, əmək naziri olub. Həmçinin milliyyətçi cəbhədən olan Murad Başesgioğlu parlamentdə millət vəkili kimi MHP-ni də təmsil edib.

Xatırladaq ki, 2007-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) o zamankı sədri Dəniz Baykal da Murad Başesgioğlunun prezidentliyə namizədliyini təklif etmiş və dəstək ola biləcəklərini demişdi.

Ankara kulvarlarında dolaşan iddialara görə, MHP-nin təklif edəcəyi namizədlər arasında millət vəkili Meral Akşener, millət vəkili Tuğrul Türkeş və “Qazi” universitetinin sabiq rektoru professor Rza Ayxanın da adı çəkilir.

Avqust ayında Türkiyədə ilk dəfə ümumxalq səs verməsi ilə prezident seçkisi keçiriləcək. Hazırki baş nazir Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizəd olmaq ehtimalına qarşı müxalifət partiyalarının seçkidə ortaq hərəkət edəcəkləri güman olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler