» » Gürcüstan prezidenti Bakıya gəlir

Gürcüstan prezidenti Bakıya gəlir

Bölmə: Siyasət
Gürcüstan prezidenti Bakıya gəlir

Gürcüstan prezidenti sabah IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə prezident administrasiyasından bildirilib. Məlumata görə, forumda Giorgi Marqvelaşvili hazırda fəaliyyət göstərən 70 ölkənin indiki və sabiq prezidentlərinə müraciətlə çıxış edəcək.

Bildirilib ki, Gürcüstan prezidenti çıxışı zamanı diqqəti regiondakı çağırışlara, Qərb və Şərq münasibətlərinə, regionda Gürcüstanın da cəlb olunduğu layihələrə və işğal olunan ərazilərdəki problemlərə yönəldəcək.

Səfər çərçivəsində Gürcüstan prezidenti Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək. Onun həmçinin digər ölkələrin prezidentləri ilə təkbətək görüşləri planlaşdırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler