» » Prezidentdən təbrik məktubları

Prezidentdən təbrik məktubları

Bölmə: Siyasət
Prezidentdən təbrik məktubları
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.


Xalqinfo” xəbər verir ki, təbrikdə deyilir: "İndoneziya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına sülh və rifah diləyirəm".

İlham Əliyev həmçinin Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: " Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler