» » İlham Əliyevdən təbrik məktubu

İlham Əliyevdən təbrik məktubu

Bölmə: BLOK XƏBƏR, MANŞET
İlham Əliyevdən təbrik məktubu
Xalqinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: Hörmətli cənab Prezident,

Milli bayramınız – Pakistan günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Pakistan münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır. İnanıram ki, zamanın sınaqlarından çıxmış, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin daim qorunub saxlanması, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizin Azərbaycana səfərinizi, keçirdiyimiz görüşləri, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Əminəm ki, səfəriniz münasibətlərimizin yeni mərhələyə yüksəlməsinə güclü təkan verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler