ABŞ-da “erməni soyqırımı”nın müəlliflərindən biri tutulduBölmə: Siyasət
Qondarma erməni soyqırımı qanununun dörd müəllifindən biri –amerikalı konqressmen Maykl Qrimm bu gün səhər saatlarında Nyu –Yorkda həbs olunub. Aktual.az-ın Amerika mətbuatına istinadən xəbərinə görə, o, dələduzluq və vergidən yayınmada təqsirli bilinir. Qeyd edək ki, dəfələrlə Dağlıq Qarabağın Ermənistana aid olduğunu bildirən Qrimm qatı anti-türk mövqeyi ilə seçilən konqressmenlərdən olub. Amerikada yaşayan və məsələyə Türkiyə mediasında münasibət bildirən bir qrup türk diaspor dərnəkləri bunu belə şərh ediblər: ”Türk toplumu olaraq, biz dəfələrlə Qrimmlə görüşmüş, onun Türkiyə ilə bağlı tutduğu mövqeyinin yanlış olduğunu diqqətinə çatdırmışdıq. Bu hadisədən sonra onun noyabr ayında keçiriləcək seçkilərdə şansı aşağı düşəcək. Hazırda onun Demokratlar Partiyasından olan rəqibi – Dominik Reçça ilə danışıqlar aparırıq. O, seçiləcəyi təqdirdə, türklərin hüquqlarının qorunmasında əlindən gələni edəcəyinə söz verib. Artıq onun təbliğatına start verilib və türklər bu məsələdə yaxından iştirak edirlər”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|