Ermənilərə qarşı “Kürü lobbisi”...Bölmə: BLOK XƏBƏR
Aprelin 24-ü qeyd edilən “erməni soyqırımı” günü ilə əlaqədar Erməni diasporasının iddialarına qarşı Türkiyə Azərbaycan lobbisi ilə birgə hərəkət etmək haqda qərar alıb. “Qafqazinfo” Türkiyənin “Cumhuriyyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ-dakı yəhudi lobbisini İsraillə əlaqələrinə görə itirən, Fətulla Gülən camaatı ilə də bağlarını qoparan rəsmi Ankara bundan sonra Azərbaycanla birgə hərəkət edəcək. Yerli media Ermənistana qarşı “savaşda” Azərbaycanla əldə olunan razılığı ““Kürü lobbisi” ilə işbirliyi gündəmdə” başlığı ilə təqdim edib. Bununla bağlı artıq Türkiyə Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitə ilə Azərbaycanın Diaspora Komitəsi arasında razılıq əldə olunduğu deyilir. Əldə olunan razılığa görə, hər iki qurum Avropa Birliyi ölkələri və ABŞ da birgə fəaliyyət göstərəcəklər. Bu qərarın baş nazir Ərdoğanın Bakı səfəri zamanı qəbul olunduğu qeyd olunur. Baş nazirlə prezident İlham Əliyev arasında baş tutan görüşdə Ermənistanın iddialarına qarşı birgə mübarizənin daha da artırılması məsələsi önə çəkilib. Daha əvvəl türklər və azərbaycanlılar xaricdə bir –birilərinə dəstək olsalar da ciddi işbirliyi altında hərəkət etməyiblər. Bu məsələnin Əliyevin Türkiyəyə səfəri zamanı da müzakirə olunacağı vurğulanır. /Media Təqib Mərkəzi/ |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|