» » Leyla Əliyeva Şirvanşahlar Saray Kompleksində sərgidə - Fotolar

Leyla Əliyeva Şirvanşahlar Saray Kompleksində sərgidə - Fotolar

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Leyla Əliyeva Şirvanşahlar Saray Kompleksində sərgidə - Fotolar
Oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb.

Xalqinfo.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsinin bu konfransın və sərginin keçirilməsi ilə bağlı ideyanın yaranmasında başlıca səbəblərdən biri olduğunu bildirib.

Qeyd edilib ki, sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur.

“Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir. XVI əsrin əvvəllərində qanlı döyüşlərdən sonra Şirvanşahlar sarayından qənimət kimi aparılan sonuncu Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra müvəqqəti də olsa öz doğma məkanında sərgilənir. Həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunur”, - deyə Əsgər Ələkbərov qeyd edib.

Sərgi 2019-cu il yanvarın 23-dək hər gün saat 9:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler