» » Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir -

Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir - Fotolar

Bölmə: Mədəniyyət
Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir -
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında mərhum Xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Sarayından Xalqinfo.az-a bildirilib ki, yubiley gecəsində Xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, Azərbaycan Dillər Universitetinin professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, aktyorun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tamaşaçılar Sarayın foyesində Eldəniz Zeynalovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Aparıcı Kamran İsrafilov tədbiri açıq elan edərək, E.Zeyanlovun kino və teatr aktyoru kimi fəaliyyətindən qısa məlumat verib.

Çıxışçılar R.Həsənoğlu, M.Bədirzadə və T.Səlimov sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, onun imza atdığı rollar yaddaşlarda hər zaman yaşayıb və yaşayacaqdır. Tədbir zamanı sənətkarın rol aldığı filmlərdən fraqmentlər də nümayiş olunub.

Aktyorun oğlu Elbrus Zeynalov çıxış edərək, atası haqqında öz xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler