» » Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib –

Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib – Fotolar

Bölmə: Mədəniyyət
Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib –
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Xalqinfo.az xəbər verir ki, konsertdə ölməz sənətkarın adını daşıyan Bakı şəhər 26 nömrəli onbirillik musiqi məktəbinin istedadlı şagirdləri və müəllim kollektivi rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və çoxsaylı qonaqlar iştirak ediblər.

Konsertdə M.Maqomayevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib, proqramda onun repertuarında yer alan bütün janrlardan olan əsərlər təqdim olunub. Məktəbin Respublika müsabiqələri laureatı və diplomantı olan xor kollektivi, skripkaçılardan ibarət “Fantaziya” qrupu, gənc solistlər Əliyev Aslan, Quluzadə Zeynəb, Əliyeva Mehriban, Həmzəyeva Səma, Əhməd Xəyal, Ağabəyli Mehriban, Əliyev Fikrət, Quliyev Ərəstun və Abbaslı İlyas M.Maqomayevin mahnılarını ifa ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler