» » Polad Bülbüloğlu ilin səfiri oldu -

Polad Bülbüloğlu ilin səfiri oldu - Foto

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
Polad Bülbüloğlu ilin səfiri oldu -

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin üzvlərini qəbul edib.

Trend xəbər verir ki, görüşdə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov qəbula görə P.Bülbüloğluna təşəkkür edib və rəhbərlik etdiyi İctimai Birlik haqqında məlumat verib. ASGA tərəfindən həyata keçirilən “Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu” adlı layihə çərçivəsində ümummilli liderin irsinin araşdırılması və təbliği istiqamətində görülən işlərdə Azərbaycanın diplomatik nümayəndəliklərinin rolunu qeyd edən təşkilat sədri bununla bağlı azərbaycanlı gənclər, eyni zamanda, Azərbaycanın KİV və QHT nümayəndələri arasında sorğu aparıldığını bildirib. O, qeyd edib ki, sorğunun nəticələrinə əsasən səfir P.Bülbüloğlu respondentlər tərəfindən “İlin səfiri” mükafatına layiq görülüb.
Sonra mükafat P.Bülbüloğluna təqdim edilib.

Mükafata görə ASGA-nın üzvlərinə və sorğuda iştirak etmiş hər bir respondentə təşəkkürünü bildirən səfir mükafatı səfirliyin hər bir diplomatına verilən qiymət kimi dəyərləndirib. Həmçinin P.Bülbüloğlu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyini bildirib və son dövr ərzində iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərləri qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri iki ölkənin ictimai-siyasi həyatında, xalqlarımız arasında ənənəvi dost və qonşuluq münasibətlərinin inkişafında gənclərin rolunu xüsusi vurğulayıb, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün gənclərin gələcəkdə də mövcud olan ənənəni davam etdirməli olduqlarını söyləyib. Bu müstəvidə P.Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəaliyyəti, onun keçirdiyi tədbirlər haqqında məlumat verib.

Görüşün sonunda səfir ASGA üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Polad Bülbüloğlu ilin səfiri oldu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler