» » Kənan Hacı tapıldı -

Kənan Hacı tapıldı - Yenilənib

Bölmə: Mədəniyyət
Kənan Hacı tapıldı -
Yazar Kənan Hacı bu gün sosial şəbəkədə vida statusu paylaşıb.

Xalqinfo”nun məlumatına görə, o, artıq yorulduğunu, günahlarının bağışlanacağına ümid etdiyini qeyd edib. Paylaşımının sonunda isə Hacı “salamat qalın” ifadəsini işlədib.

Yazarın bu statusundan sonra yaxınları, dostları təşvişə düşüb. Onun intihar edəcəyindən narahat olublar.

Millət vəkili Qənirə Paşayeva da hadisə ilə maraqlanıb. Deputat bildirib ki, onun Yasamalda yaşadığı mənzilə gedib. Məlum olub ki, Kənan Hacı yaşadığı evində yoxdur.

Kənan Hacının həyat yoldaşı İlhamə Dağlının millət vəkilinə verdiyə məlumata görə, əri bu səhər Buzovnadakı ata evinə gedəciyini bildirib. Həmin evi isə yoldaşından başqa şəxslər tanımır. Q.Paşayeva İlhamə Dağlı ilə bərabər Buzovnaya gedəcəyini əlavə edib.

***

Qənirə Paşayeva bildirib ki, Kənan Hacı ilə əlaqə saxlamağa müvəffəq olub. Deputatın sözlərinə görə, yazar hazırda şəhərdə, İTV tərəflərdədir:

“Psixoloji olaraq gərgindi. Mən də həyat yoldaşı İlhamə xanımla birgə onunla söhbətləşməyə gedirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler