» » “Arzu və Murad”... -

“Arzu və Murad”... - Fotolar

Bölmə: Mədəniyyət
“Arzu və Murad”... -
Fevral ayının 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanları anılacaqlar.

"Xalqinfo" xəbər verir ki, faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası göstəriləcək.

Fevral ayının 26-da saat 19.00-da isə adıçəkilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək. Tamaşadan əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad edəcəklər.
“Arzu və Murad” tamaşasının quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva və başqaları ifa edəcəklər


Xalqinfo.az

“Arzu və Murad”... -
“Arzu və Murad”... -
“Arzu və Murad”... -
“Arzu və Murad”... -
“Arzu və Murad”... -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler