Gənc Tamaşaçılar Teatrında yeni premyera - FOTOBölmə: Mədəniyyət
![]() İnsanları narahat edən məsələlərə öz səhnəsində geniş yer verən, maraqlı tamaşaları ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu ənənəyə sadiq qalaraq yeni tamaşasını öz seyrçilərinə təhvil verməyə hazırlaşır. Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən yeni tamaşa “Ağ ölüm” adlanır. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Teatrın mətbuat xidmətindən milli.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar. Tamaşanın premyerası noyabr ayının 28-də saat 19.00-da olacaqdır. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|