» » İki xalq artistinin yubileyi münasibətilə yeni tamaşa hazırlanır

İki xalq artistinin yubileyi münasibətilə yeni tamaşa hazırlanır

Bölmə: Mədəniyyət, GÜNDƏM
İki xalq artistinin yubileyi münasibətilə yeni tamaşa hazırlanır
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki xalq artistinin yubileyi münasibətilə yeni tamaşa hazırlanır.

Xalqİnfo.az bildirir ki, Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Ağaxan Salmanlının 75, Yasin Qarayevin isə anadan olmasının 70 illik yubileyinə görə hazırlanan yeni səhnə əsəri “Açarını itirənlər” adlanır.

Əhməd Orucəlinin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlıdır. Video və kompüter qrafikası İlham Əsədova, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.

Yeni səhnə əsərində əsas obrazları yubilyarlarla yanaşı, əməkdar artist Almaz Mustafayeva, aktyorlar Zemfira Əbdülsəmədova və İlham Əsədov canlandıracaqlar.
İki görkəmli sənətkarın yubileyi münasibətilə təqdim olunacaq tamaşanın premyerası bu ilin dekabr ayının əvvəllərində nümayiş etdiriləcək.
İki xalq artistinin yubileyi münasibətilə yeni tamaşa hazırlanır


Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler