Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir beynəlxalq layihəBölmə: Mədəniyyət
![]() Teatrın mətbuat xidmətindən milli.az-a verilən məlumata görə, 3 ildən artıqdır ki, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri mövcuddur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov və Kalmıkiya Milli Dram Teatrının baş direktoru, RF-in əməkdar mədəniyyət işçisi və Azərbaycan Respublikası fəxri mədəniyyət işçisi Qalina Şurayeva arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən, sözügedən teatrlar arasında 2012, 2013 və 2014-cü illərdə qastrol səfərləri həyata keçirilib. Bundan başqa, ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Teatr rəhbərləri arasında imzalanmış müqaviləyə əsasən, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycan Respublikası fəxri mədəniyyət işçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan yazıçı - dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında “Cəhənnəmdən məktublar” tamaşasına quruluş vermək üçün bu günlərdə Bakıya səfər edəcək. İlk dəfə olaraq müraciət ediləcək əsər əsasında hazırlanacaq tamaşa musiqili pritça kimi nəzərdə tutulub. Tamaşada əsas rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər. |
XƏBƏR LENTİ
26.04.18 09:20 | Yeni yaradılan təşkilatlar haqda məlumat
26.04.18 09:10 | Azərbaycanda palçıq vulkanında qızıl tapılıb
26.04.18 08:47 | Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu
26.04.18 08:30 | Hüseyn Abdullayev hardadır?
25.04.18 22:21 | AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25.04.18 22:09 | Azərbaycanlı professor beynəlxalq mükafata layiq görülüb
25.04.18 21:38 | FİFA prezidenti “Qarabağ”ı təbrik etdi
25.04.18 21:20 | Sabah Bakına bəzi hissələrində qaz olmayacaq
25.04.18 20:46 | Türkiyə üçün “S-400”lərin istehsalına başlanıldı
25.04.18 20:27 | Fransada etirazçılar hər gün 2 milyard dollar ziyan vurur
25.04.18 20:12 | ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25.04.18 19:44 | Vəziyyətin inkişafını diqqətlə izləməyə davam edirik -
Rusiyadan Ermənistan bəyanatı
Rusiyadan Ermənistan bəyanatı
25.04.18 19:42 | Şahmatçılarımızın qələbəsizlik seriyası davam edir
25.04.18 19:32 | Futbol məşqçimizin qızı Rusiya adından çempion oldu
25.04.18 19:26 | Yeni nazirdən daha 4 - Təyinat
25.04.18 18:25 | ““Zeytun budağı” əməliyyatında da Türkiyənin yanında olduq”
25.04.18 18:08 | İşdən çıxarılan nazirimiz piyada gəzir
25.04.18 18:07 | Prezident İlham Əliyevin Türkiyəyə səfəri iki ölkənin münasibətlərində yeni bir səhifə açdı
25.04.18 18:02 | Ermənistanda nazir istefa verdi, etirazçılara qoşuldu
|