» » Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq

Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq

Bölmə: Mədəniyyət
Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaqHeydər Əliyev Sarayında Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq
Fevralın 4-də Heydər Əliyev Sarayında xalq artisti, bəxtəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən apa-ya verilən məlumata görə, bəstəkarın 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı nazirlikdə iclas keçirilib.

Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Ə. Vəliyev bildirib ki, yubiley tədbirləri il ərzində Bakıda, Moskvada, Türkiyədə, Gürcüstanda və Rusiyanın bir sıra digər şəhərlərində qeyd ediləcək.

Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Eşq və Ölüm" baletinin yeni quruluşda premyerası olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler