» » Xalq artistinə bir neçə ölkədə

Xalq artistinə bir neçə ölkədə yubley keçiriləcək

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
Xalq artistinə bir neçə ölkədəFevralın 4-də Xalq artisti, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olur.

Xalqinfo.az-ın məlumatına görə, bəstəkarın 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi tədbirdə nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.

Bildirilib ki, yubiley tədbirləri il ərzində Bakıda, Moskvada, Türkiyədə, Gürcüstanda və Rusiyanın bir sıra digər şəhərlərində qeyd ediləcək. Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Eşq və Ölüm” baletinin yeni quruluşda premyerası olacaq. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur.

İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib./Publika.az/
Kainat Şirinov

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler