» » Hindistanda dünyanın ən hündür heykəli qoyuldu -

Hindistanda dünyanın ən hündür heykəli qoyuldu - Foto

Bölmə: MARAQLI
Hindistanda dünyanın ən hündür heykəli qoyuldu -
Hindistanın Qucarat əyalətində azadlıq lideri olan Sərdar Vallabhbhai Patelin 182 metrlik heykəli qoyulub.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, bununla da Patelin abidəsi dünyanın ən hündür heykəli statusunu qazanıb. Heykəlin tikintisi 430 milyon dollara başa gəlib.

Açılışda baş nazir Narendra Modi iştirak edib. O, “Birlik heykəli”nin turizmin inkişafında böyük rol oynayacağına ümid etdiyini bildirib.

Ancaq əyalət sakinləri heykəltəraş Ram V.Sutar tərəfindən hazırlanan abidənin “pul israfından başqa bir şey olmadığını” söyləyiblər.

Qeyd edək ki, “Dəmir adam” kimi tanınan Patelin heykəli ABŞ-dakı Azadlıq heykəlindən iki dəfə hündürdür.

Hindistanda dünyanın ən hündür heykəli qoyuldu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler