Gələn il Ay tutulmalarının vaxtı açıqlandıBölmə: MARAQLI
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi asına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Ay tutulmalarının vaxtını açıqlayıb.Xalqinfo.az xəbər verir ki, rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, növbəti il 2 Ay tutulması hadisəsi baş verəcək. İlk Ay tutulması yanvarın 21-də yerli vaxtla saat 07:34-də başlayacaq və 09:43-də başa çatacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək və Azərbaycanda müşahidə olunmayacaq. Gələn il sonuncu Ay tutulması iyulun 17-də Bakı vaxtı ilə saat 00:03 - 02:59-da baş verəcək və tutulma yenə ölkəmizdə müşahidə edilə bilməyəcək. X.Mikayılov bildirib ki, bu tutulmalar mərkəzi tutulmalar adlanır. Yəni tutulma Yerin ekvatorial zonasında baş verəcək, Ay kölgənin mərkəzindən keçəcək. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|