» » Gənc türk Piramidanın zirvəsində - Video

Gənc türk Piramidanın zirvəsində - Video

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Gənc türk Piramidanın zirvəsində - Video

Misirdə türkiyəli turist Xeops piramidasına qalxdığı üçün saxlanılıb.

Xalqinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 23 yaşlı Fateh Kömürçü 24 saat nəzarətdə qaldıqdan sonra sərbəst buraxılıb. O, bildirib ki, videoları və fotoları silmək müqabilində azad edilib. Hadisəni nəql edən Kömürçü piramidanın zirvəsindən möhtəşəm mənzərə göründüyünü deyib: “Dırmanmaq gözlədiyimdən asan oldu. Ancaq enmək çox çətin idi. Piramidaya dırmanan zaman geri qayıtmağım üçün polislərin mənə ərəb və inglis dillərində xəbərdarlıq etdiyini xatırlayıram. Ancaq mən artıq başqa dünyadaydım və onları eşidəcək psixologiyada deyildim. Oradakı turistlərin də məni alqışladığını xatırlayıram”.

Türkiyəli turist aşağı düşdükdən sonra baş verənlərdən də danışıb. O, polislərin onu idarəyə apardığını, onunla yaxşı davrandıqlarını deyib. 23 yaşlı gənc bildirib ki, bölmədə zirvədəki videoları və fotoları sildiyi təqdirdə azad ediləcəyini deyiblər: “ Mən razılaşmadım və 24 saat nəzarətdə qaldım. Daha çox dözməyəcəyimi anladım və razılaşdım. Prokurorluqda çəkdiyim fotolar və videolar silinərkən göz yaşlarımı saxlaya bilmədim və ağladım. İnternetdən tapdığım bir proqram sayəsində bəzi fotoları geri qaytara bilsəm də, ancaq videoları hələ bərpa edə bilməmişəm”.

Qeyd edək ki, Misir qanunlarına görə, icazəsiz olaraq piramidalara dırmananları 3 ilə qədər həbs gözləyir.




BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler