» » "Qorxumdan heç kimə deyə bilmədim" - Qar adamını görən şəxs - FOTO+VİDEO

"Qorxumdan heç kimə deyə bilmədim" - Qar adamını görən şəxs - FOTO+VİDEO

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
"Qorxumdan heç kimə deyə bilmədim" - Qar adamını görən şəxs - FOTO+VİDEO

Qubanın Xınalıq kənd sakini Babaəli Babaəliyev qar adamı gördüyünü iddia edir.

Xalqİnfo.az ARB Şimal-a istinadən xəbər verir ki, 58 yaşlı kənd sakini Qar adamına 30 il öncə rast gəldiyini söyləyir.

Dediyinə görə, bu varlığa ov edən zaman rast gəlib. Qar adamını Xınalıq kənd sakinlərindən Babaəli Babaəliyevdən başqa görən olmayıb. Kənd sakini mağarada onunla üz-üzə oturan Qar adamını tüfənglə öldürmək istəyib. Lakin ona zərər vermədiyindən bu fikrindən daşınıb.

Babaəli Babaəliyev: "Həmin məxluqla 1986-cı il, mən ova gedəndə mağarada rastlaşdıq. Gəldi mağaraya, oturdu. Gecə saat 01:15-dən 04:00-a qədər. Çox qalın tükü yoxdur. Hardasa 5-7 sm-lik. Alnı bir az yastıdır. İnsan kimidir. Əl, ayaq. Boynunda, sinəsində qırmızı ət görünürdü. Boyu 3 m olardı".

Bir çoxları bu varlığı gördüklərini desələr də, onun mövcudluğu tam təsdiqini tapmayıb.

Belə fikirlər var ki, bu müqəddəs hominid məməlilərə aid olan, insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur isveçli həkim Karl Linney onu mağara adamı kimi təyin edib.

Babaəli Babaəliyev: "İlk 6 ay heç kəsə demədim. Öz qorxumdan. Fikirləşirdim ki, gəlib mənə deyər ki, səni mən görmüşdüm. Niyə məni "şantaj" elədin. Bax ona görə".




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

"Qorxumdan heç kimə deyə bilmədim" - Qar adamını görən şəxs - FOTO+VİDEO
"Qorxumdan heç kimə deyə bilmədim" - Qar adamını görən şəxs - FOTO+VİDEO
"Qorxumdan heç kimə deyə bilmədim" - Qar adamını görən şəxs - FOTO+VİDEO

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler