» » Saqqız çeynəməyin faydalari..

Saqqız çeynəməyin faydalari..

Bölmə: MARAQLI
Saqqız çeynəməyin faydalari..

Saqqızın çənə əzələlərini gücləndirməkdən diqqət artırmağa qədər bir neçə faydası var. Aparılan araşdırmaların nəticələrinə əsasən, saqqızın faydalarını təqdim edirik.

Saqqız diqqəti, oyanıqlığı artırır. Araşdırmanın nəticəsinə görə, saqqız insanların öyrənmə, yadda saxlama, yenidən xatırlamaq kimi bacarıqlarını, şagirdlərin imtahan zamanı diqqətlərini artırır.

Siqaret tərgidənlər üçün yaxşı ağız məşğuliyyətidir.

Çox yeməyin qarşısını alır. Çəkiyə nəzarət etməyə kömək edir.

Saqqız çeynəmək çənəni hərəkət elətdirir, əzələlərini gücləndirir.

Günorta yeməkdən 3 saat əvvəl 15 dəqiqə saqqız çeynəyənlərin heç çeynəməyənlərdən fərqli olaraq günorta yeməyində 36 kalori daha az qəbul etdiyi müəyyəəşib.

140 kalorili şokoladlı peçenye yerinə 2 ədəd 20 kalorilik saqqız çeynəsəniz, 120 kalori qazanc əldə edə bilərsiniz.

Saqqız çeynəmək 3 saatda 11 kalori yandırır.

Stressi və gərginliyi azaldır.

Saqqız çeynərkən tüpürcək ifraz olunur. Tüpürcək də dişlərin çürüməsinə əngəl olur. Saqqız eyni zamanda dişlərdə qalan yemək qalıqlarını təmizləyir. Ancaq şəkərsiz saqqızlara üstünlük verin.

Saqqiz yalniz sizə xeyir yox hətta ziyan da verə bilər.

Dişlərin ağlığı məsələsinin həllində də saqqızların rol ala bilməyəcəyi isə birmənalı qəbul olunmuş qərardır.Belə ki,saqqızlar heç bir zaman diş pastası və fırçasının əvəzedicisi ola bilməz.Belə demək mümkündürsə bu sadəcə səbəbi müalicə etmək olardı və yalnız ən “ekstrim” hallarda qəbul olunandır.

Həkimlərin gəldiyi ümumi qənaət belədir ki,saqqızların ağızı təravətlindək qədər xüsusi bir funksiyası yoxdur.Onu qətiyyən səhər yeməyindən öncə və gün ərzində davamlı çeynəmək olmaz.Belə ki mədənin selik ifraz edən vəzilərinin daima aktivləşməsini təmin edən saqqızlar bir cox xəstəliklərin,xüsusilə qastrit və xoranın ilk tətikləyici vasitəsi ola bilər.Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər isə ümumiyyətlə ondan uzaq durmalıdırlar.Normal keyfiyyətlərə malik insanlar isə yalnız qidadan sonra və max 5-10 dəqiqə saqqız çeynəyə bilərlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler