» » Təhsil Nazirliyi birincilərin işin asanlaşdırdı-

Təhsil Nazirliyi birincilərin işin asanlaşdırdı- Video

Bölmə: BLOK XƏBƏR
Təhsil Nazirliyi birincilərin işin asanlaşdırdı-
Təhsil Nazirliyi birinci sinifə qəbul qaydalarını asanlaşdırdı.

ANS TV-nin məlumatına görə, birinci sinifə gedəcək uşaqlar yaşadıqları ərazi üzrə orta məktəblərə qəbul edilməlidirlər. Orta ümumtəhsil məktəbləri ərazi üzrə uşaqları birinci sinifə qəbul etməktdən imtina edə bilməz. Bütün bu qaydaların Təhsil Naziri Mikayıl Cabbarov tərəfindən təsdiqlənib.

Ümumtəhsil məktəblərinə mövcud olan qəbul qaydalarında bəzi dəyişikliklər edilib. Ən mühum dəyişiklik isə birincə sinifə gedəcək uşaq üçün məktəb tərəfindən tələb olunan sənədlərin sayı azaldılıb.

Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki əvvəllər tələb olunan sənədlərin içərsindən valideynin yaşayış yerindən arayışı, uşağın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiqi yığışdırılıb.

Yeni qaydalara əsasən məktəbə uşağı birinci sinifə gedəcək valideynin arayışı, uşağın sağlamlıq haqqında arayışı və iki ədəd fotoşəkil təqdim olunmalıdır. Amma bütün bu sədənlər dərs ili başlayana qədər məktəbə təqdim olunmalıdır. Dərs ili başlayandan sonra edilən müraciətlərə baxılmayacaq.

Şöbə müdiri deyib ki, yalniz istisna hallar olanda uşaq xəstədirsə, valideyn xaricdədirsə və bunun təsdiq edən sənədlər olarsa onda, dərs ili başlayandan sonra edilən müraciətlərə baxıla bilər. Amma tənbəllik, yubanma və s kimi əsası olmayan hallar üçün bu müraciətlər keçərsizdir.

Övladları birinci sinifə gedəcək valideynlərin imtahan həyacanını da münasibət bildirən şöbə müdiri deyir ki, imtahan yalnız lisey tipli məktəblər üçün nəzərdə tutulub. Bu isə xususi təmayüllü olan məktəblə plan yerlərinin az, müraciətin çox olması ilə əlaqədardır. O ki, qaldı umumtəhsil məktəblərinə burda uşaqları heç kim imtahan ilə məktəbə götürə bilməz.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler