» » Xətai Baxışov özünü və komandiri olduğu heyyəti qəhrəman kimi qələmə verməyə çalışır...

Xətai Baxışov özünü və komandiri olduğu heyyəti qəhrəman kimi qələmə verməyə çalışır...

Bölmə: MARAQLI, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
Xətai Baxışov özünü və komandiri olduğu heyyəti qəhrəman kimi qələmə verməyə çalışır...
Xalqinfo.az xəbər verir ki, bir neçə gündür, Xalq Qəhramanı İbad Hüseynov haqqında şər,böhtan xarekterli yazılar dərc olunur.
Bəzi şəxslər bilərəkdən Azərbaycanda vətənpərvərlik ruhunun təbliğinə əngəl törətmək istəyir. Cəmiyyətdə ikili fikir yaradaraq qəhramanlarımızın xidmətlərin şübhə altına salmağa çalışırlar.Bu qarışıq fikir "memarları" nə məqsəd güdürlər?.Xüsusən də vətəninə,xalqına böyük xidmətlərlə yaddaşlarda qalan Türk dünyasının böyük qəhramanı İbad Hüseynova qarşı antitəbliğat aparılır. Sual olunur İbad Hüseynov kimi vətəpərvərə şər-böhtan atmaq kimə yarıyır və kimə lazımdır? Hər bir məsələyə əziz oxucular özünüz qiymət verin.

Talıb Məmmədova qıcıq verən fikirlər və onu Xətai Baxışovla birləşərək ortaya gətirdiyi QURAMA filmi....


Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, müharibədə 708-ci briqadanın komandiri olmuş general-leytenant Talıb Məmmədov deyib ki, M.Melkonyanı İ.Hüseynov yox, rəhbərlik etdiyi hissənin əsgərləri öldürüb. Maraqlıdır unudulmuş və dövlət daxili çəkişmələrinə gorə işdən çıxarılmış və Agdamın işgalında xüsusi "xidmətləri " olan Talıb Məmmədovun 24-25 il keçəndən sonra yadınaMonte Melkonyan niyə düşüb?

İ.Hüseynov müharibədə kəşfiyyat-diversiya dəstəsinə rəhbərlik edib. Göstərdiyi şücaətə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Qarabağ savaşı zamanı terrorçu Melkonyanı öldürərək başını kəsən İ.Hüseynov haqda “Əsgər” "Kəşfiyyatçı" sənədli filmləri çəkilib.
Təbii ki, hərbi təhsili olmayan , özbaşına , pərakəndə bir dovrün vətən fədaisi olan İbad Hüseynovun dillərdə dastan olan cəsurlugu , fədəkarlıgı indi isə Türk dünyasında az qala hər kəsin ikidlik kumirinə çevrilmiş oldugu bir zamanda Agdamda komadirlik edən Xətai Baxışovun yuxusunu niyə ərşə çəkib.
İllərin yuxusundan ayılıb, hakimiyyətsizlik dövrün KRESLO hakimlərini, vəzifəlilərini ətrafina toplayıb bəs hal-vəziyyət budur, deyib geniş müzakirələr aparıb nəhayət aidiyyatı oldu- olmadı tanıdıgı sag qalan doyüşçüləri öz geydirmə MARAGININ arxasınca apara bilib. Özlərinə bir vəzifə, kreslo tapa bilməyib, araşdırıldıqca golgəli keçmişləri olan Talıb Məmmədov, Xətai Baxışov o zaman ki, dost-tanışlarından lazım olan dəstəyi almaq üçün dəridən qabıqdan çıxıblar. Və özlərini gündəmə gətirmək üçün xüsusi planlaşdırılmiş, hazırlanmış özlərinə məxsus film ortaya qoymaqla yada düşdülər.
İbad Hüseynov 19 yaşından Azərbaycanda öz qorxmazlıgı ilə məşhur olub. Hərbi təhsili olmayan İbad Hüseynov Rusiyada hərbi xidmətdən gələrkən bütün növ silahlardan istifadə qaydalarını mükəmməl bilib. 1990-93 cü illər xalqımızın ən qaranlıq və qarışıq dövrü oldugu hər kəsə bəllidir. Hamı bilir ki, Qarabagın bizdə qalan hissələri yalnız və yalnız yerli sakinlərin fədakarlıgı və əzmi sayəsində bizlərdə qalıb. Çünki o zaman Bakıdan idarə olunanan nizam-intizam yox vəziyyətdə idi. Hər kəs müharibəni öz şəxsi biznesinə, gələcəyinin təminatına istiqamətləndirmişdi. Təbii ki, bütün diqqət müharibədə olsaydı Qarabagımızı itirməzdik. Təbii ki, hansısa rütbə,hansısa vəzifə, nə hansısa ad-san İbad Hüseynov kimi dəli-dolu bir igidi maraqlandıra bilməzdi. İbad Hüseynov və onun igid döyüşçüləri olmasaydı bu gün Xocavənd ərazisində qazılan səngərlərdə Azərbaycan bayraqları dalgalanmazdı. Təbii ki, rütbəsiz İbad Hüseynovun və onun kəşfiyyat dəstəsinin, doyüşçülərinin sayəsində Daglıq Qarabagın yeganə hissəsi bizdə qala bildi. O illərin bütün şahidləri gozəl bilir ki, vətənə qarşı olan laqeydlik, bir çox vəzifəsindən şəxsi maraqları üçün istifadə edən insanların özlərinə olan diqqətləri idi. Onlar üçün Qarabag torpaqlarının getməsi o qədər də əhəmiyyətli deyildi. Hətta öndə gedən , haqq , diqqət tələb edən vətən fədailərinin bir çoxları elə öz "ermənilərimiz" tərəfindən arxadan vurulurdu.
1990-93-cü illər vəzifə deyil ,vətənə diqqət, qaygi, ruh, ümid lazım idi. O da təbii ki, yox vəziyyətində idi. Sürət Hüseynovun dəstəsi, Əlikram Hümbətovun dəstəsi Xocavənd-Beyləqan ərazilərində düşmənə deyil bir-birilərinə qarşı düşmən mövqe tutmuşdu. Rayonlar sanki rəqabətə girmişdi, yalanlar, şaiyələr baş alıb gedirdi. Hər kəs Bakıya gəlməyə can atırdı. Rəhbər vəzifədə oturanların tapşırıqları da öz həllini tapmırdı, yaxud yanlış şəkildə dəyişdirilirdi. Bəli elə bir durumda Qarabag torpaqlarını tərk etməyən yalnız yerli insanlar idi. Neçə-neçə igidlər qəsdən məhv edildi, şəhid oldular.O zaman əllərində möhür olan insanlar özləri üçün kifayət qədər lazım olan "məsələləri" həll etdilər, özlərinə lazım olan "sənəd-kagızla" əldə edə bildilər. Bu gün o illərdən danışmaq "BƏZİLƏRİ" üçün asandır. Ələxsüsda hər hansı rütbəsi olanlar üçün.
Amma təbii ki, İbad Hüseynov kimiləri üçün asan ola bilməz. Çünki onları nə rütbə nə də kagız maraqlandırırdı. Monte Melkonyanın öldürülməsi baglı hələ 2012 ci ildə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu açıqlamasında müzakirələrin ortaya çıxmasını doğru saymadıgını: “Yazılanları izləyirəm. Amma anlaya bilmirəm ki, bu məsələlər niyə ortaya çıxarılır, mübahisə predmetinə çevrilir. Melkonyan terrorçu olub və onu Azərbaycan döyüşçüsü haqlı olaraq qətlə yetirib. Üstündən 20 il ötəndən sonra bu məsələnin ortaya çıxmasına nə ehtiyac vardı - bunu bilmirəm” demişdi.Amma deyəsən bu cavab bəzilərini qane etməmişdi.
T.Məmmədovun İbad Hüseynovla baglı qərəzli mövqesi bir çox insanları dilləndirir. Və hər kəs Talıb Məmmədovu qərəzdə günahlandırır . Təbii ki, şübhəli məqamlarla istefada olan Talıb Məmmədovun bəyanatı sırf paxıllıq və qısqanclıqdan qaynaqlanır. Təbii ki, bir çox ziyalıların dediyi fikirlər....... "Zabit şərəfinin və hərbi qürurun nə mahiyyət daşıdığını yaxşı bilməli olan bu adam heç bir fakta söykənmədən tam cəfəngiyyat danışır”. Talıb Məmmədova qıcıq verir. Və o tanıdıgı 708-ci briqadanın batalyon komandiri Xətai Baxışovla əlbir olub o zaman ki, səlahiyyətinə güvənərək bir çox insanları da cəlb edib film hazırlamagı və orda "DOGRUYA" bənzər faktlar "qurmaga" nail olur.X.Baxışov Silahlı Qüvvələrin keçmiş polkovniki kimi özünü təqdim edərək özünü və komdiri oldugu heyyəti qəhrəman kimi qələmə verir . 1993-cü ilin iyununda 708-ci briqadanın 2-ci batalyonuna komandanlıq edib və məhz bu batalyonun döyüşçüləri Mərzili, Yusifcanlı və Novruzlu kəndlərini ermənilərin əlindən alıb .... və Monteni mənim əsgərlərim öldürüb iddiasını irəli sürür?
Sual dogur gorəsən Xətai Baxışov üçün Qarabag yalnız Agdamdan və dediyi üç kənddənmi ibarətdir. Bəs digər rayonlar, kəndlər, əməliyyatlar nece ??? 1993- cü ildə hər hansısa batalyona komandanlıq etməyə gələn Xətai Baxışov o zamana qədər Qarabagda baş veren hadisələrdən xəbəri varmıydı. Yoxsa oturub Bakıda kagız gozləyirdi ki, ona nə zaman rəsmi kagız verəcəklər Qarabaga getmək üçün.
Xalqımız bilir ki, Qarabagımız rəsmi kagızla təyin edilənlər (istisna etməklə ) və vətənə laqeyd münasibət gostərənlərin ucbatından getdi. Bəli əgər 1994-cü il də Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi bu gün Azərbaycan adlı bir dövlət yox idi. Və Talıb Məmmədov, Xətai Baxışov kimilər bu gün İbad Hüseynov haqqında deyil başqaları haqqda da hansısa bəyanat vererdilər və sənədlər ortaya çıxararlar. Təbii ki, haqq nazilər amma üzülməz. Biz 20 min şəhid vermişik, nə qədər cəsur igidlərimiz müəmmalı şəkildə məhv oldu. Yurd-yuvamızı, əzizlərimizi qoyub gəldik. Təbii ki, Qarabag acısını yaşamaq biz Qarabaglılar üçün daha çox agırdı nəinki, xəta kimləri üçün.
19 yaşında şəkilini şəhidlərin şəkili olan lövhəyə asan İbad Hüseynov idi, Xocavənd ərazisində geden bütün döyüşlərin önündə geden İbad Hüseynov olub. Kəşfiyyatçı-döyüşçü kimi ugurlu əməliyyatlar saysiz-hesabsızdır. Və qan içən terrorçu Monte Melkonyanı da məhv edən İbad Hüseynov olub sizlər bunu qəbul etsəniz də etməsəniz də bu faktdır.
Siz Montenin dəfn mərasimindən kadrlar qoyursunuz ki, başı üzərindədir kəsilməyib, Monte BMP ilə vurulubsa , başı üzərindəmi qalacaqdı? Yoxsa Montenin başı DƏMİRDƏN olub xəbərimiz yoxmuş.....
Unutmayın ki, ermənilərin liderlərindən olan Andronikin də qulagını kəsən türk olub, amma heykəlini qoyanda qulaqlarının ikisini də qoyublar. Ermənilər Monte Melkonyanın dəfn edəndə kəsilmiş bədən deyil, başqa bir ermənin meyidini dəfn ediblər. Hər halda Ermən sizdən fərqli olaraq öz qəhrəmanını əskiltməyərəq başsız dəfn etməyib. Bu gün rahat maşına oturub istefada olan insanlarla gedib MIRT və ARAQ vura-vura, film çəkmək və kimlərisə danışdırmaq sizlər üçün asandı.
Amma DÜRÜST və KİŞİ olmaq çox çətindir.
Tariximizə adları qızıl hərflərlə yazılan Babəkin, Cavanşirin, Koroglunun hərbi təhsili olmayıb, onların qeyrəti, qorxmazılıgı, igidliyi, agılları olub . İbad Hüseynov da tarixə öz adını qızıl hərflərlə yazan qəhrəmandır. Tarix heç zaman unudulmur....


H.A
Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler