Türk dünyasının qəhrəman oğlu İBAD HÜSEYNLİ yaralı əsgərləri ziyarət etdi . FOTOBölmə: MANŞET
![]() Xalqinfo.az-a daxil olan məlumata görə avqustun 28 də Türkiyənin 12 -ci Cumhurbaşkanı Sayın Rəcəp Tayyip Erdoğanın and içmə mərasiminə dəvət olunmuş Türk Dünyasının qəhrəman oğlu İBAD HÜSEYNLİ Ankarada müalicə üçün göndərilmiş təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Elvin Əsgərov və Sərxan Tahirzadəni də ziyarət etdi. Fiziki sağlamlıqlarını itirmiş gənclər qəhrəmanımızı gördükdə gözlərində sevinc qığılcımları oyandı. Elvinin "İbad müəllim telefonunuzu verin oktyabrda toyum olacaq sizi orda gormək arzusundayam..." sözləri Vətən ruhlu, yurd düşgünlü həyatın ağır sınaqlarından keçən İbad Hüseynlini duyğulandırdı .... gözlərinin yaşını ürəyində gizlədən İbad Hüseynli gənclərdə ruh yüksəkliyi yaradaraq onları optimist olmağa çağırdı və "Vətən yolunda atılan addımlar şərəfli addımlardır" deyərək bir daha gənclərə mənəvi stimul verdi. ![]() ![]() xalqinfo.az |
XƏBƏR LENTİ
10.02.25 22:02 | Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
|