Kamal Abdulla qalmaqal yaşadığı xanım dekanı işdən çıxardıBölmə: MANŞET
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb. Xalqinfo.az xəbər verir ki, V. Ağabəyli BakuPost-a bildirib ki, onu əsassız iddialarla vəzifəsindən çıxarıblar. O, ADU-da əleyhinə çıxmamış insanların da hazırda hədəf olduğunu bildirib: "Kimlər ki, mənim əleyhimə çıxmayıblar, növbəti hədəf onlardır. Pərvin Mürsəlovanı da bu gün işdən çıxardı, görək daha sonra kimləri çıxarır”. Qeyd edək ki, bundan öncə K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyliyə töhmət verildiyini açıqlamışdı. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırmışdı. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|