» » Ermənilər cəbhədə ciddi itki verib.

Ermənilər cəbhədə ciddi itki verib.

Bölmə: MANŞET
Ermənilər cəbhədə ciddi itki verib.
Erməni diversiya qrupları iki istiqamətdən hücuma keçib

Ermənistan Silahlı Qüvvələri bu gün səhər saatlarında cəbhədə ciddi itki verib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan açıqlama verib.

Nazirin sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində baş vermiş atışma zamanı bir erməni əsgəri ölüb, ikisi isə yaralanıb.

Ohanyan xəstəxanaya yerləşdirilən yaralı əsgərlərin vəziyyətinin ağır olduğunu deyib.

Xatırladaq ki, bu gücə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler