"Ermənilərə layiqli cavab verilir"Bölmə: BLOK XƏBƏR, MANŞET
![]() "Düşmən hər an hiss etməlidir ki, siz hər zaman onlardan üstünsünüz". Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının buraxılış mərasimində çıxışında deyib. Mərasim AAHM-in döyüş bayrağının sıra meydanına gətirilməsi və Azərbaycanın dövlət himninin oxunuşu ilə başlayıb. Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Silahlı Qüvvələrimizin hansı vəziyyətdə olmasından asılıdır. "Bunun üçün gənc zabitlər kimi Silahlı Qüvvələr sıralarına daxil olmaqla yeni nəfəs və döyüş ruhu gətirməlisiniz". Z.Həsənov Azərbaycanda ikinci erməni dövlətinin yaradıla bilməyəcəyini deyib. Onun sözlərinə görə, prezidentin bu bəyanatı Silahlı Qüvvələrin devizidir. "Atəşkəs rejimi haqqında sənədin imzalanmasına baxmayaraq, hər gün cəbhədə atəş səsləri eşidilir. Ermənistan Respublikasının kəşfiyyat-təxribat qüvvələri mövqelərimizə hücuma cəhd edirlər. Lakin onlar Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını alır. İtki verərək geri çəkilirlər". Nazir bildirib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ordu quruculuğu və hərbi təhsil müəssisələrinin yenidən başlanğıcı olub. Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sisteminin banisidir. ANS PRESS |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|