» » İlham Əliyev Fransua Ollandı təbrik etdi

İlham Əliyev Fransua Ollandı təbrik etdi

Bölmə: MANŞET
İlham Əliyev Fransua Ollandı təbrik etdi
Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda təbrik məktubu ünvanlayıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Dövlət başçısının təbrikində deyilir:

"Hörmətli cənab Prezident,

Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan-Fransa münasibətləri öz zəngin tarixi ənənələrinə uyğun olaraq müvəffəqiyyətlə inkişaf etməkdədir.

Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli və davamlı humanitar, mədəni əlaqələrimiz Azərbaycan-Fransa münasibətlərinin səciyyəvi cəhətlərindəndir.

Sizin bu yaxınlarda Azərbaycana səfəriniz, apardığımız danışıqlar, imzalanan sənədlər, şübhəsiz ki, ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan vermişdir.

Biz Fransanın Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında marağından məmnunluq duyuruq. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün, ərazilərimizin 20 faizinin işğal olunması, soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə müşayiət olunmuş münaqişənin ağır nəticələrinin beynəlxalq hüquq normaları əsasında, tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizdən gözləntilərimiz böyükdür.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
- See more at: http://axar.az/news/23843#sthash.aFEmI2Oq.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler