Güllə Ərdoğandan təbrik məktubu- MətnBölmə: BLOK XƏBƏR
![]() Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyip Ərdoğan prezident İlham Əliyevə Respublika Günü münasibəıti ilə təbrik məktubu ünvanlayıb. "Xalqinfo" hər iki təbrik məktubunu təqdim edir: Türkiyə prezidenti Abdullah Gül "Hörmətli Prezident, əziz qardaşım, qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını Türk xalqı adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm. Qədim tarixi və qardaşlıq əlaqələrindən güc alan Türkiyə-Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” şüarı əsasında müştərək səylərimizlə daha da güclənərək yüksək səviyyəyə çatdırılacağına inamım qətidir. Əməkdaşlığımız örnək bir həmrəylik içində qardaş xalqlarımızın rifahına, bölgəmizin sülh və sabitliyinə töhfə verməkdə davam edəcəkdir. Bu əlamətdar bayram münasibətlə Zati-aliləri əziz qardaşımın cansağlığı, xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının firavanlığı və rifahı üçün ən xoş diləklərimi bir daha ifadə edirəm". Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan "Dəyərli qardaşım, dost və qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Azərbaycan xalqının haqlı iftixarını və sevincini ürəkdən paylaşırıq. Türkiyə və Azərbaycan gücünü ortaq tarix, dil, inanc və mədəniyyət birliyindən alan sıx əlaqələrlə bir-birinə bağlanmış, keçmişdə olduğu kimi bu gün də eyni taleyi bölüşən iki ölkədir. Azərbaycan bölgədə ən önəmli strateji ortağımızdır və qardaş ölkənin uğurları ilə qürur duyuruq. Əminəm ki, Türkiyə ilə Azərbaycanın münasibətlərini həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf etdirəcəyik. Əməkdaşlığımızı uğurla davam etdirmək yolundakı iradəmiz qətidir. Bu əlamətdar bayram münasibətilə Sizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram". Qeyd edək ki, Türkiyə prezidenti və baş nazirinin təbrik məktubunun gecikməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.qafqazinfo |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|