» » Ümummilli liderin şərəfli ömür yolu bütün nəsillərə örnəkdir (FOTOLAR)

Ümummilli liderin şərəfli ömür yolu bütün nəsillərə örnəkdir (FOTOLAR)

Bölmə: MANŞET
Ümummilli liderin şərəfli ömür yolu bütün nəsillərə örnəkdir (FOTOLAR)Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans təşkil olunub.

Konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev, rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Milli Məclisin deputatı Fuad Muradov, Gəncə-Qazax iqtisadi zonasının şəhər və rayonlarının gənclər və idman idarələrinin rəisləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda əvvəlcə Dövlət himni səsləndirilib.

Çıxışlarda Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açılıb. Qeyd olunub ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Qısa zaman çərçivəsində ölkədə baş alıb gedən hərc-mərcliyə son qoyuldu, yeni layihələr həyata keçirildi, respublikanın tənəzzülə uğrayan iqtisadiyyatı dirçəlməyə başladı. Ölkə gəncləri də bu inkişafdan kənarda qalmadı, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilməyə başlandı.

Bildirilib ki, Ulu Öndərin şərəfli ömür yolu bütün nəsillərə örnəkdir. Bu gün Ulu Öndərin siyasətini layiqincə davam etdirən Heydər Əliyev siyasi məktəbinin davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində doğma Azərbaycanımız gündən-günə çiçəklənəcək, inkişaf edəcək, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevriləcək.
Ümummilli liderin şərəfli ömür yolu bütün nəsillərə örnəkdir (FOTOLAR)
Ümummilli liderin şərəfli ömür yolu bütün nəsillərə örnəkdir (FOTOLAR)
Ümummilli liderin şərəfli ömür yolu bütün nəsillərə örnəkdir (FOTOLAR)


















































Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler