» » Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama - FOTOLAR/ VİDEO

Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama - FOTOLAR/ VİDEO

Bölmə: MANŞET, GÜNDƏM
Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama - FOTOLAR/ VİDEOMilli Məclisə seçkilərə səsvermə başlayıb. Saat 8-də prosesə start verilib.

Xalqnfo.az Publika.az-a istinadən xəbər verir ki , səsvermədən əvvəl MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

M.Pənahov seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

O, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib.

M.Pənahov minədək məntəqədə veb-kameraların quraşdırıldığını, seçkilərdə müşahidə aparmaq üçün çoxsaylı müşahidəçilərin qeydiyyatdan keçdiyini deyib.

MSK sədri seçiciləri məntəqələrə gedərək, səsvermə prosesində aktiv olmağa çağırıb. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə səsverməyə start verilib.

Qeyd edək ki, səsvermə saat 19:00-da bitəcək.

Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama - FOTOLAR/ VİDEO
Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama - FOTOLAR/ VİDEO
Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama - FOTOLAR/ VİDEO
Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama - FOTOLAR/ VİDEO

































Kainat Şirin


Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler