» » Nazir müavini həyat yoldaşıyla ağır qəzaya düşdü- Foto

Nazir müavini həyat yoldaşıyla ağır qəzaya düşdü- Foto

Bölmə: MANŞET
Nazir müavini həyat yoldaşıyla ağır qəzaya düşdü- Foto
Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev ağır xəsarət alıb


Mayın 10-na keçən gecə Heydər Əliyev prospektində iki nəfərin ölümü ilə nəticələnmiş ağır qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Xalqinfo” Lent.az-a istinadən xəbər verir ki, "VAZ 2107"-nin yolun əks hərəkət zolağına çıxması və yüksək sürətlə hərəkət edərək "Lexus"a çırpılması nəticəsində "Lexus"un sürücüsü, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev ağır xəsarət alıb. 53 yaşlı F.Əliyevlə yanaşı, onun həyat yoldaşı Arifə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov bildirib ki, qəzadan sonra nazir müavini və həyat yoldaşı Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər. Hadisəni törədən "VAZ 2107"nin sürücüsü Tural Rəhimov isə 3 saylı şəhər xəstəxanasında müalicə olunur.

Qeyd edək ki, T.Rəhimovun sərnişini olan iki gənc oğlan isə hadisə yerindəcə keçinib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler