» » Ərdoğan: "Əgər soyqırım olsaydı indi Türkiyədə erməni yaşamazdı"

Ərdoğan: "Əgər soyqırım olsaydı indi Türkiyədə erməni yaşamazdı"

Bölmə: MANŞET
Ərdoğan: "Əgər soyqırım olsaydı indi Türkiyədə erməni yaşamazdı"
“1915-ci ildə ermənilərə qarşı heç bir soyqırım törədilməyib”.

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PBS kanalına müsahibə verərkən deyib. Amerikalı teleaparıcı R.T.Ərdoğana 1915-ci ildə ermənilərə qarşı “soyqırım” törədildiyini qəbul edəcəksinizmi sualını verib.

Baş nazir cavabında bildirib ki, “erməni soyqırımı”nın qəbul edilməsi mümkün deyil.

“Olmayan bir hadisəni necə qəbul etmək olar. Ermənilərə qarşı soyqırım törədilməyib. Əgər belə olsaydı, bu gün Türkiyədə ermənilər yaşamazdı”, deyə baş nazir bildirib.

Xatırladaq ki, R.T.Ərdoğan aprelin 24-də 1915-ci il hadisələri ilə bağlı bəyanat vermişdi. Bəyanatda 1915-ci ildə ölmüş ermənilərin nəvələrinə başsağlığı verilirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler