Qatil ana - Dəhşət

Bölmə: Kriminal, Dünya
Qatil ana


Cümə günü gün Avstraliyada 8 uşağın qətli ilə bağlı dünyanın informasiya agentliklərində yayılan xəbərə daha biri də əlavə olunub. XALQİNFO.AZ SİA.AZ-A istinadən bildirir ki, cinayət hadisəsində şübhəli bilinən şəxs hadisə yerindən yaralı şəkildə xəstəxanaya çatdırılan 37 yaşlı ana olub.

Polisin bildirdiyinə görə, saxlanılan ana qətlə yetirilən uşaqların 7-nin valideyinidir. 8-ci uşaq isə onun qohumlarındandır. Belə ki, cümə günü sinəsindən və boynundan bıçaq yaraları almış qadını qətlə yetirilən uşaqların olduğu evdə tapıblar. Qadın dərhal zərərçəkmiş qismidnə xəstəxanaya çatdırılıb. Ötən gün isə o, hadisəni törətməkdə şübhəli bilinib. Lakin hüquq-mühafizə orqanları hələlik ona qarşı rəsmi ittiham irəli sürməyiblər. İddia olunur ki, qadın uşaqları soyuq silahla qətlə yetirdikdən sonra həmin silahı gizlədib və sonradan cinayətin izini itirməkdən ötrü özünə bıçaq xəsarətləri yetirib.

"Hazırda qətldə şübhəli bilinən ana ciddi nəzarət altındadır və polisin suallarını cavablandırır"-deyə telekanal məlumat verib.

Bu arada Avstraliyanın baş naziri Toni Abbot hadisəsi kütləvi qətl adlandırıb və bunun insanların qəlblərini parçalayan olay kimi təqdim edib. "Ölkənin bütün valideyinləri baş verən hadisə ilə bağlı baş sağlığı verir. Bu cinayət hadisəsi heç bir insanlıq hərəkətlərinə sığmır"-deyə baş nazir bildirib.

Xatırladaq ki, qətlə yetirilən uşaqaların ən kiçiyi 18 aylıq, ən böyüyü isə 14 yaşında olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler