8-ci sinif şagirdi müharibə veteranını qətlə yetirdiBölmə: Kriminal
Xalqinfo.az, APA-ya istinadən xəbər verirki, Xızıda qətl törədən şəxsin orta məktəb şagirdi olduğu məlum olub.Xızı Rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən Elnur Heybətovun 15 yaşı var və o, Xələc kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Qətlə yetirilən Xasməmməd Rəsulov isə Əfqanıstan veteranıdır. Qeyd edək ki, Kənd sakini Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. |
|