» » Həbsdə olan polkovnikə yeni cinayət işi açıldı -

Həbsdə olan polkovnikə yeni cinayət işi açıldı - Dələduzluq

Bölmə: Kriminal
Həbsdə olan polkovnikə yeni cinayət işi açıldı -
Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onlarla vətəndaşdan işə düzəltmək adı ilə külli miqdarda pul alan şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə düşüb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin təxirə düşməsinə səbəb Əlövsət Məhərrəmov barəsində yeni cinayət işinin açılmasıdır.

Hakim bildirib ki, Əlövsət Məhərrəmov barəsində eyni əməllərə görə cinayət işi açılıb və o, Nəsimi Rayon Məhkəməsinə aparılıb.

Bu səbəbdən də məhkəmə təxirə salınıb. Növbəti məhkəmə prosesi sentyabrın 12-nə təyin edilib. İş üzrə şahid olan şəxslər məhkəməyə məcburi gətiriləcək.

Bildirək ki, 2015-ci ilin fevral ayında həbs edilən Əlövsət Məhərrəmov özünü FHN polkovniki kimi təqdim etsə də o, əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində çalışıb. Onun həbsindən sonra “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin göstərişi ilə adıçəkilən qərargah ləğv edilib.

Onun vətəndaşları aldatması halları isə 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsində Ə.Məhərrəmov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Bu iş üzrə zərərçəkmişlərin sayının 90 nəfərə yaxın olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler