» » Bakıda şahid məhkəmə zalında həbs edilib

Bakıda şahid məhkəmə zalında həbs edilib

Bölmə: Kriminal
Bakıda şahid məhkəmə zalında həbs edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəsimi Hüseynov ifadə verib.

O, dindirilən zaman hakimin suallarına kobud cavab verib. Bu zaman hakim R.Əliyev şahid N.Hüseynov barəsində məhkəməyə qarşı hörmətsizlik etdiyi üçün 48 saatlıq həbs cəzası verilməsi ilə bağlı qərar çıxarıb.

Daha sonra məhkəməyə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları dəvət olunub. N.Hüseynov həbs edilərək polis bölməsinə aparılıb.

Qeyd edək ki, təqsirləndirilən M.Qurbanov dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, küllü miqdarda törəldildikdə) maddəsi ittiham olunur. M.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilməyib.

N.Hüseynovun adı isə cinayət işi üzrə şahid qismində keçir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler