» » 9 yaşlı uşaq ağır xəsarət aldı

9 yaşlı uşaq ağır xəsarət aldı

Bölmə: Kriminal
9 yaşlı uşaq ağır xəsarət aldı
Ağdaş rayonunda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Xalqinfo.az report-a istinadə xəbər verir ki, hadisə rayonun Qarağansədi kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Müslüm Əhmədiyyə oğlu Cavadov həyətdə oynayarkən ehtiyatsızlıqdan mişar daşı başına düşüb. M.Cavadov dərhal valideynləri tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır kəllə-beyin travması alan azyaşlının həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler