» » Ağdaşda qandonduran HADİSƏ:

Ağdaşda qandonduran HADİSƏ: “laqonda” ilə boğazını KƏSDİ

Bölmə: Kriminal
Ağdaşda qandonduran HADİSƏ:
Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Xalqinfo.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.

Kənd sakini, 1987-ci il təvəllüdlü Anar Yusifov yaşadığı evin həyətində təsərrüfat işləri görərkən işlətdiyi “laqonda” aparatı ilə metal kəsərkən ehtiyatsızlığa yol verib və onun üzərindəki kəsici alət qəflətən qırılaraq iki hissəyə bölünüb.

Nəticədə qırılan alətin bir hissəsi onun boyun və boğaz nahiyəsini kəsib. A.Yusifov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan A.Yusifovun həyatını xilas etmək mümkün olub. Çənəaltı vəzin və boyunun ön səthinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan xəstənin vəziyyəti hazırda orta ağır olaraq qalır.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler