» » Canavarlar mal-qaraya hücum etdi -

Canavarlar mal-qaraya hücum etdi - UCARDA

Bölmə: Kriminal
Canavarlar mal-qaraya hücum etdi -
Ucar rayonunda canavarlar mal-qaraya hücum edib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kənd ərazisində yerləşən otlaq sahəsində baş verib.

Kənd sakini Mahmud Səlimovun fərdi təsərrüfatındakı iri buynuzlu heyvana gündüz saatlarında hücum edən canavar bir baş inəyi parçalayaraq tələf edib. Hadisədən bir gün əvvəl isə kəndin digər sakini Arif Qənbərovun fərdi təsərrüfatındakı mal-qaraya hücum edən vəhşi heyvanlar bir baş inəyini və qonşunun iki baş xırda buynuzlu heyvanını yaralayıblar.

Sakinlər analoji hadisələrin tez-tez baş verdiyini, bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler