Canavar sürüsü kəndə hücum etdi (Foto)Bölmə: Xəbər
Bərdədə canavarlar qoyun sürüsünə hücum edib. XAlqinfo.az bildirir ki,ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdənin Əyricə kəndi ərazisindəki fermalardan birində baş verib. Gecə saat 4 radələrində tövləyə hücum edən canavarlar 8 qoyunu parçalayıb. Təsərrüfatında 10 baş iribuynuzlu mal-qara, 80 baş qoyun saxlayan fermer Güloğlan Nəbiyev ərazidə əvvəllər də buna oxşar hadisələrin baş verdiyini bildirib. Ona 3000 manata yaxın ziyan dəydiyini deyən Güloğlan Nəbiyev, heyvanlarının sığortalanmadığını bildirib. Hadisə baş verən əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları da gəlib. Bərdə rayon Baytarlıq İdarəsindən isə bildirdilər ki, parçalanmış heyvanların cəsədləri baytar həkimlərinin nəzarəti altında yandırıldıqdan sonra basdırılacaq. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|