» » Bakıda “Naxçıvanski”nin müəllimini maşın vurdu

Bakıda “Naxçıvanski”nin müəllimini maşın vurdu

Bölmə: Kriminal
Bakıda “Naxçıvanski”nin müəllimini maşın vurdu
Bu gün səhər saat 7 radələrində Xətai rayonu, Zığ şosesi, Naxçıvanski dairəsində piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo”nun SalamNews-a istinadən məlumatına görə, 60 yaşlı Əliyev Azad Məmmədrza oğlu yolu keçmək istəyərkən “Chevrolet” markalı avtomaşın onu vurub.

Hadisə yeinə gələn təcili tibbi yardım stansiyasının həkimləri xəsarət alan şəxsi sol bazu sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparıblar. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Azad Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllimidir və hadisə də məktəbin yaxınlığında, o, işə gedən zaman baş verib.

Fakt Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. İlkin olaraq hadisənin baş verməsinə səbəb kimi “Chevrolet” markalı avtomaşının sürət həddini aşması göstərilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler