Azərbaycanda birinci sinif şagirdini maşın vurubBölmə: Xəbər
Şəkidə 6 yaşlı uşağı maşın vurub.Şəki Şəhər-Rayon Polis Şöbəsindən apa -ya verilən məlumata görə, hadisə dekabr ayının 11-i axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu 1-ci Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib. 1971-ci il təvəllüdlü, Qax rayon sakini Namiq Şirin oğlu Təmrazov idarə etdiyi “VAZ 21144” markalı 34 BC 787 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2008-ci il təvəllüdlü 1-ci Biləcik kənd sakini Mustafa Sadiq oğlu Mustafayevi vurub. Məlumatda bildirilir ki, 6 yaşlı Mustafa Mustafayev 1-ci sinifdə oxuyur, hadisə baş verən zaman məktəbdən çıxıb evə qayıdırmış. Qəza nəticəsində xəsarət alan Mustafa Mustafayev Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya bildirilib ki, Mustafa Mustafayevə sağ bud sümüyünün qapalı sınığı diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|