» » Bakıda mağaza sahibi bıçaqlandı

Bakıda mağaza sahibi bıçaqlandı

Bölmə: Kriminal
Bakıda mağaza sahibi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xalqinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində Hacıbaba Məmmədov icarəyə götürərək işlətdiyi ərzaq mağazasında naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Həkim nəzarəti altında saxlanılan Hacıbaba Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən naməlum şəxs oradan qaçsa da, polis onu yaxalaya bilib. Hacıbaba Məmmədovu bıçaqlayan 20 yaşlı Əmrah Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Cinayəti törədən Əmrah Əlizadə Hacıbaba Məmmədovun qonşusudur.

İlkin məlumata görə, hadisə pul üstündə baş verib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler