» » Bakıda iki nəfər bıçaqlandı

Bakıda iki nəfər bıçaqlandı

Bölmə: Kriminal
Bakıda iki nəfər bıçaqlandıBinəqədi rayonunda bıçaqlanma hadisələri baş verib
Binəqədi Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisələrdən biri Biləcəri qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Qılman İlqar oğlu Kazımova naməlum şəxs və ya şəxslər bir neçə bıçaq xəsarəti yetiriblər.

Analoji fakt rayonun Binəqədi qəsəbəsində yerləşən “Kamran” kafesinin yaxınlığında qeydə alınıb. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Aqil Ramazan oğlu Səfərova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaq xəsarəti yetirilib.

Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisələri törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler