» » Terrorçu ilə yeni detallar: Fotolar

Terrorçu ilə yeni detallar: Fotolar

Bölmə: Kriminal, Dünya, MANŞET
Terrorçu ilə yeni detallar: Fotolar İstanbulda "Reina" gecə klubunda törədilən terror hadisəsi ilə bağlı bir çox məqamlar gün üzünə çıxıb.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, 39 nəfəri öldürən terrorçunun qaldığı ev və hadisəni necə törətməsi barədə məlumatlar "Haberturk" tərəfindən aşkarlanıb.

Terrorçunun saxlanılması üçün İstanbulda bir çox obyektlərə basqın həyata keçirilib.

Əldə edilən məlumata görə, terroru törədən şəxs hadisə yerinə- Zeytinburnu 58 Bulvar prospektinə əlində siqaret və bel çantası ilə gedib.

Yoldan keçən ilk taksiyə 23:58-də minən terrorçu, sahil boyunca “Reina”ya doğru hərəkət edib. Gecə klubuna yaxın bir yerdə 01:15-də taksidən enib, “Reina”ya qədər piyada gəlib. 01:18-də isə "Kalaşnikov" tüfəngilə atəş açaraq məkanın içərisinə girib.

Terrorçunun hərbi əməliyyatlarda olduğu kimi silahın cüt maqazinini tərs istiqamətdə bir-birinə yapışdırdığı və beləcə maqazin dəyişdirərkən vaxt itirmədiyi məlum olub. Terrorçu hücum zamanı 6 maqazindən istifadə edib.

Araşdırmalar zamanı terrorçunun Bulvar prospekti 63/5 ünvanındakı bəzi mənzillərə girib-çıxdığı məlum olub. Həmin ünvanda 8 mənzilə basqın həyata keçirilib. Nəticədə 12 nəfər saxlanılıb.

Onun Başakşəhərdə İŞİD dəstəkləyən qrupların yanına sığındığı da ehtimal edilir. Polis həmin əraziyə də basqın həyata keçirib.

Təhlükəsizlik kameralarında qeydə alınan görüntülərdə terrorçunun əvvəlcə qapıdakı polis Burak Yıldızı, sonra təhlükəsizlik əməkdaşı Fatih Çakmağı öldürdüyü görünür. Onun basqın zamanı istifadə etdiyi güllənin "polad nüvəli" olduğu təyin olunub.

Hadisə nəticəsində 39 nəfər həyatını itirib. İlkin tibbi ekspertiza onların hamısının odlu silahdan öldürüldüyünü təsbit edib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Terrorçu ilə yeni detallar: Fotolar
Terrorçu ilə yeni detallar: Fotolar
Terrorçu ilə yeni detallar: Fotolar
Terrorçu ilə yeni detallar: Fotolar





































Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler