» » SON DƏQİQƏ: Gecə klubunda yaralanan azərilərin kimliyi məlum oldu (Yenilənib)

SON DƏQİQƏ: Gecə klubunda yaralanan azərilərin kimliyi məlum oldu (Yenilənib)

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
SON DƏQİQƏ: Gecə klubunda yaralanan azərilərin kimliyi məlum oldu (Yenilənib)

İstanbulda törədilmiş terror aktında yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub.

Xalqİnfo.az APA-ya istinadən, yaralanan şəxslər Rəşad Vəliyev və Günel Həsənovadır. Onların xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.


***


İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb.

Xalqİnfo”nun APA-ya istinadən məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, İstanbulda baş vermiş terror aktı nəticəsində Azərbaycan vətəndaşı olan bir kişinin və bir qadının yaralanması barədə məlumat daxil olub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

H. Hacıyev deyib ki, hadisə zamanı xəsarət almış qadının vəziyyəti qənaətbəxş sayılıb və o, xəstəxanadan buraxılıb.

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler