» » 15 yaşlı qızı zorladığı deyilən avtobus sürücüsü danışdı

15 yaşlı qızı zorladığı deyilən avtobus sürücüsü danışdı (TƏFƏRRÜAT)

Bölmə: Kriminal, BLOK XƏBƏR
15 yaşlı qızı zorladığı deyilən avtobus sürücüsü danışdı
Bakıda 15 yaşlı qızın zorlanması barədə yayılan məlumatların bəzi məqamları məlum olub. ANS PRESS-in məlumatına görə, ötən gün azyaşlı qızın sərnişin avtobusunda zorlanması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilir ki, azyaşlı qız sərnişin avtobusunda zorlanıb. Bu barədə qızın anası Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinə müraciət edib. Müraciətin əsasında araşdırmalar başlanıb.

Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinin təhqiqatçısı Vüqar Babanlının ANS PRESS-ə verdiyi məlumata görə, əslində hadisə 13 saylı avtobusda olmayıb.

“İndi araşdırmalar aparılır. Ekspertiza təyin olunub. Belə ehtimal olunur kı, azyaşlı qız Binəqədi rayonundakı kafelərin birində olub. Lakin hələlik hadisə ilə bağlı açıqlama vermək istəmirəm”, - deyə Vüqar Babanlı bildirib.

Məsələ ilə bağlı sərnişin avtobusuna rəhbərlik edən kalon rəisi Zamin Sadıqovun ANS PRESS-ə verdiyi məlumata görə, ilk öncə məlumat daxil olan kimi, onlar da araşdırmaya başlayıb. Sonradan məlum olub ki, qızın zorlandığı iddia olunan 13 saylı 30 XS 374 dövlət nömrə nişanlı avtobus həmin saatlarda dayanacaqda olub.

“Avtobusda kamera olub. Həmin hadisə avtobusda olmayıb”, - deyə Zamin Sadıqov vurğulayıb.

Azyaşlı qızı zorlamaqda ittiham olunan sürücü Rəşadla da əlaqə saxladıq. Rəşad adlı şəxsin ANS PRESS-ə verdiyi məlumata görə, əslində həmin qızı zorlamayıb. Onunla heç bir münasibəti də olmayıb.

“O qız başdan xarabdır. Hər gün avtobusda bir neçə dövrə vurur. Xəstənin biridir. Üzündən də görünür ki, onun səhhətində problem var”, - deyə Rəşad bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler